İDMAN


Ramil Şeydayev: Biz bir komandayıq və birlikdə uğura nail olacağıq

Bakı, 16 noyabr, AZƏRTAC

Biz öz evimizə 3 xalı gətirə bilmədik, amma ruhdan düşmürük və növbəti Lüksemburqla oyuna hazırlaşırıq.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev UEFA Millətlər Liqasının V turunda Monteneqro ilə qolsuz heç-heçə etdikləri oyundan sonra “ınstagram” səhifəsində yazıb.

"Sabah" klubunda çıxış edən 24 yaşlı hücumçu qrup mərhələsinin sonuncu turunda Lüksemburqla oynayacaqları matçda qələbə əldə edəcəklərinə əminliyini bildirib: “Biz bir komandayıq və birlikdə uğura nail olacağıq”.

Qeyd edək ki, noyabrın 17-də "Jozi Bartel" stadionunda Bakı vaxtı ilə saat 23:45-də Lüksemburq - Azərbaycan oyunu start götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.