CƏMİYYƏT


Ramin Bayramlı: Hər bir reanimasion xəstənin gün ərzində müalicəsi üçün minimum 10-12 tibb işçisinə ehtiyac olur

Bakı, 3 iyun, AZƏRTAC 

Bu həftə başlayandan indiyədək ciddi say artımı ilə qarşı-qarşıyayıq. Çox təəssüf ki, vətəndaşlar kütləvi şəkildə qaydaları pozmağa cəhd edirlər. Onlar cəmiyyətin müxtəlif təbəqələrinin müraciətinə laqeyd yanaşırlar. Nəticədə rəqəmlər artır və tibb müəssisələrinin üzərinə böyük yük düşür. Yükün böyük bir hissəsi paytaxtın üzərindədir. Onu da qeyd edim ki, xüsusi rejimli xəstəxanaların bəzilərini tam boşaltmamışdıq, onların infeksion korpusları istifadə edilirdi. Sumqayıtdakı 1 saylı xəstəxana da tam şəkildə koronavirusa yoluxmuş xəstələr üçün tam şəkildə ayrıldı.

AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, bu da digər tibbi xidmət sahələrinin keyfiyyətinə təsir edə bilər: “Bu gün üçün bəzi təcili olmayan hallar istisna olmaqla tibbi xidmətin heç bir sahəsində axsamaya yol verilməyib. Hər bir reanimasion xəstənin gün ərzində müalicəsi üçün minimum 10-12 tibb işçisinə ehtiyac olur. Onlar həddən artıq yorulduğu üçün 15 gündən bir dəyişdirilir və növbəti personal gətirilir. Hər bir növbə dəyişimində də 7-8 min həkim və tibb bacısı COVID-19 xəstələrinin müalicəsi ilə məşğul olmaqdadır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.