CƏMİYYƏT


Ramin Bayramlı: Lokal karantin məhdudiyyətlərinin tətbiqi ilə bağlı qərarlar qəbul edilə bilər

Bakı, 29 may, AZƏRTAC 

Yoluxma hallarının ölkə daxilindəki epidemioloji statistik göstəricilərindən asılı olaraq növbəti mərhələlərdə lokal karantin məhdudiyyətlərinin tətbiqi ilə bağlı qərarlar qəbul edilə bilər.

AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, yoluxma halları yüksək olan rayonlarda və eləcə də digər bölgələrdə yoluxma halları ilə bağlı statistik göstəricilər arzuolunan istiqamətdə getməzsə, məhdudiyyətlər tətbiq olunacaq: “Ola bilsin ki, həmin rayonlarda sərt karantin tədbirləri də tətbiq edilsin. Bu barədə məsələlər Operativ Qərargah və TƏBİB tərəfindən müzakirə edilir. Ona görə də vətəndaşları daha diqqətli olmağa və qaydalara əməl etməyə səsləyirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.