CƏMİYYƏT


Ramin Bayramlı: Qaydalara əməl etsək, pozitiv nəticələrə nail olmaq olar

Bakı, 3 iyun, AZƏRTAC

Bazar ertəsindən sonra normal həyata qayıtmasaq, maska istifadəsi ilə bağlı qaydalara əməl etməsək, bizi daha ciddi və sərt addımlar gözləyir.

AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, həm həftə sonunda, həm də həftə içərisində fiziki məsafəni gözləmək və maska taxılması qaydasına əməl etsək, pozitiv nəticəyə nail olmaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.