CƏMİYYƏT


Ramin Bayramlı: Qısamüddətli özünütəcridin səmərəsi mütləq olacaq

Bakı, 4 iyun, AZƏRTAC 

Uzunmüddətli özünütəcrid epidemioloji baxımdan daha çox effekt verir. Lakin bir çox ölkələrin və bizim təcrübə onu göstərir ki, uzunmüddətli özünütəcriddən sonra vətəndaşlar daha çox sərbəstliyə meyil edirlər. Heç bir qərar təhlil edilmədən qəbul edilmir. Həftə sonları və bayram günlərində özünütəcrid tətbiq edən ölkələrin statistik göstəriciləri təhlil olunub. Lakin qısamüddətli özünütəcridin da səmərəsi var. Ancaq elə düşünmək lazım deyil ki, həftənin şənbə-bazar günləri sərt karantin tətbiq edildi və həftənin birinci günündən yoluxmanın sayı azalacaq.

AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun dediyinə görə, təmasların minimuma endirilməsindən sonra xəstəliyin inkubasiya və klinik əlamətlərinin meydanaçıxma dövrünə uyğun olaraq 7, 10, 14 gün sonra həmin nəticə əldə olunduğu barədə statistik məlumat vermək olar: “Biz də bu özünütəcridin nəticəsi barədə bir və ya iki həftə sonra məlumat verə biləcəyik. Aparılan təhlillər göstərir ki, burada müsbət təsir mütləq olacaqdır. Lakin bazar ertəsi işə çıxandan sonra da qaydalara ciddi şəkildə əməl etmək lazımdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.