CƏMİYYƏT


Ramin Bayramlı: Tibb müəssisələrində seroloji testlərin aparılmasına başlanılıb

Bakı, 3 iyul, AZƏRTAC 

Hazırda tibb müəssisələrində seroloji testlərin aparılmasına başlanılıb. Bu testlərlə xəstəliyi assimptomatik keçirmə halları müəyyən olunacaq. Birinci növbədə xüsusi rejimli xəstəxanalarda çalışan tibb personalları yoxlanılır.

AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R.Bayramlı bildirib ki, hazırda dünyada xəstəliyin diaqnostikasında yeganə doğru üsul PSR üsuludur. Bunun da nəticəsi nümunə laboratoriyaya daxil olub prosesə başlandıqdan 4-8 saat sonra bilinir. Ancaq növbəyə qoyulduqda bəzən bu vaxt 24 saata qədər uzana bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.