İQTİSADİYYAT


Ramin Quluzadə: Azərbaycanda yeni böyük DATA Mərkəzi yaradılır

Bakı, 19 dekabr, Elvira Məmmədova, AZƏRTAC

Azərbaycanda yeni böyük DATA Mərkəzi yaradılır.

AZƏRTAC xəbər verir ki, bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dekabrın 19-da Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham Azerbaijan) təşkil etdiyi işgüzar naharda məlumat verib.

Nazir qeyd edib ki, Strateji Yol Xəritəsində müəyyən edilmiş hədəflərə çatmaq üçün Bakıda və regionlarda genişzolaqlı şəbəkə qurulur, yeni texnologiyalar, o cümlədən LTE texnologiyası tətbiq olunur. Azərbaycanın regionun ən təhlükəsiz DATA Mərkəzinə malik olduğunu xatırladan nazir Ramin Quluzadə Yevlax şəhərində Ehtiyat DATA Mərkəzinin qurulduğunu bildirib. Mərkəzin fəaliyyətinin genişləndirilməsi üçün "Microsoft" şirkəti ilə Memorandum imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.