İQTİSADİYYAT


Ramin Quluzadə: İnternet sayəsində açıq və şəffaf idarəetmə sistemi formalaşıb

Bakı, 13 mart, Pərvanə Rəhimova, AZƏRTAC

İnternet sayəsində açıq və şəffaf idarəetmə sistemi formalaşıb, vətəndaş-dövlət münasibətləri yeni məzmun alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.

Nazir qeyd edib ki, müasir texnologiyalar, internet hazırda insanların, cəmiyyətin, dövlətin inkişafında əvəzedilməz rola malikdir: “Onlar təhsilə, səhiyyəyə, ticarətə, mediaya, məşğulluğa və bir çox digər sahələrdə inkişaf üçün yeni imkanlar yaradır. İnternet tətbiqləri, sosial şəbəkələr insanlar üçün müasir ünsiyyət formasına çevrilib. Lakin, eyni zamanda, bu inkişaf dünyada kibertəhlükəsizliklə bağlı ciddi problemlər də yaradıb. Yeni texnoloji cinayət növləri meydana çıxıb, onların təsir coğrafiyası və əhatə dairəsi genişlənib. Kibercinayətlərin sayı da ildən-ilə artmaqdadır”, - deyə R.Quluzadə əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.