SİYASƏT
Ramiz Həsənov: Türk Şurasının Macarıstanda ofisinin açılması təşkilatın Aİ ilə əlaqələrinin güclənməsinə imkan yaradacaq VİDEO
Bakı, 14 oktyabr, AZƏRTAC
Oktyabrın 14-də Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının 7-ci iclasının yekunlarına həsr olunan mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında çıxış edən Xarici İşlər nazirinin müavini Ramiz Həsənov iclasda mühüm məsələlərin müzakirə olunduğunu bildirib. Görüşün əhəmiyyəti ondan ibarətdir ki, Özbəkistanın da Şuraya üzvlüyü bu görüşə təsadüf edir.
Qeyd edilib ki, bu görüşlər əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək. Bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsi mühüm məsələdir, bu görüşlər əməkdaşlığa töhfə verəcək.
Nazir müavini deyib ki, Türk Şurasının Macarıstanda nümayəndəliyinin açılması da əlamətdar hadisədir. Bu, Türk Şurasının Avropa İttifaqı ilə əlaqələrinin güclənməsinə imkan yaradacaq.