CƏMİYYƏT


Ramiz Rzayev: Ali Məhkəməyə daxil olmuş işlərin sayı iki faiz artıb

Bakı, 17 aprel, AZƏRTAC 

Azərbaycan vətəndaşlarının İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətinə əsasən ləğv olunan işlərin sayında 2017-ci illə müqayisədə ötən il azalma müşahidə olunub.

AZƏRTAC xəbər verir ki, bunu aprelin 17-də Ali Məhkəmənin sədri Ramiz Rzayev “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın Ali Məhkəmə tərəfindən icrası və Məhkəmənin 2018-ci ildəki fəaliyyətinin yekunları ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

R.Rzayev bildirib ki, Ali Məhkəmənin mülki, cinayət və hərbi kollegiyalarında 2018-ci ildə baxılmış işlər 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə azalıb, inzibati-iqtisadi kollegiyada isə artıb. Mülki kollegiyada 6,5 faiz, cinayət kollegiyasında 3,1 faiz, hərbi kollegiyada isə 8,9 faiz azalma, inzibati-iqtisadi kollegiyada 4 faiz artma müşahidə olunub. Ali Məhkəməyə daxil olmuş işlərin sayı ümumilikdə 2 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.