CƏMİYYƏT


Ramiz Rzayev: Ölkəmizdə məhkum edilənlərin ümumi sayı azalıb

Bakı, 17 aprel, AZƏRTAC 

Respublikanın birinci instansiya (ümumi və hərbi) məhkəmələri tərəfindən 2018-ci ildə baxılmış cinayət işləri üzrə 14 min 931 nəfər barəsində 12 min 539 cinayət işinə baxılıb. Onlardan 10 min 172 iş üzrə 12 min 433 nəfər barəsində ittiham, 89 iş üzrə 106 nəfər barəsində bəraət hökmü çıxarılıb. Həmçinin 1724 iş üzrə 1842 nəfər barəsində işin icraatına xitam verilib, 37 iş üzrə 39 nəfər barəsində tibbi xarakterli qərar çıxarılıb.

AZƏRTAC xəbər verir ki, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev aprelin 17-də təşkil olunan mətbuat konfransında deyib.

R.Rzayev bildirib ki, 12 min 539 işdən 11 min 421 işə ümumi, 1118 işə hərbi məhkəmələr tərəfindən baxılıb. Respublikanın birinci instansiya məhkəmələri tərəfindən 2018-ci ildə ümumi məhkum edilənlərin sayı 2017-ci ilə nisbətən 1300 nəfər ( 9,5 faiz) azalıb. Bəraət alan şəxslərin sayı dəyişmədən qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.