SİYASƏT
Ramtane Lamamra: Azərbaycanla Əlcəzair arasında iqtisadi məsləhətləşmələr aparılacaq
Bakı, 10 avqust, AZƏRTAC
Azərbaycanlı həmkarımla çox səmərəli müzakirələrimiz oldu. Biz qardaş ölkələrik.
AZƏRTAC xəbər verir ki, bunu Əlcəzairin xarici işlər naziri Ramtae Lamamra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən mətbuata birgə bəyanatında deyib.
Ramtane Lamamra qeyd edib ki, Əlcəzair və Azərbaycan beynəlxalq təşkilatlar, o cümlədən OPEC+ çərçivəsində qazın ixracı ilə bağlı uğurla əməkdaşlıq edir. Bu səfər əlaqələrimizin inkişafına töhfə verəcək”.
Nazir bildirib ki, Azərbaycan və Əlcəzair arasında iqtisadi məsləhətləşmələr aparılacaq. Bu məsləhətləşmələrin iqtisadi əlaqələrin inkişafına təkan verəcəyinə inanırıq. Bu da hər iki ölkənin xalqlarının maraqlarına uyğundur.
Azərbaycanla Əlcəzair arasında əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdıran nazir deyib ki, bu gün imzalanan sənədlərlə ölkələrimiz arasında iqtisadi tərəfdaşlıq qurulacaq və qarşılıqlı səfərlər bizim ortaq təcrübəmizə təkan verəcək.