İDMAN
“Rapid”-"Neftçi" matçının birinci hissəsində hesab açılmayıb
Bakı, 11 avqust, AZƏRTAC
Vyanada UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Rapid”-“Neftçi” matçının birinci hissəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, Avstriyadakı “Alyans” stadionunda qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsində hesab açılmayıb.
Birinci hissədə “Neftçi"nin müdafiəçisi Azər Salahlı zədələndiyi üçün onun yerinə 20-ci dəqiqədə meydana Mert Çelik daxil olub.
Səfər görüşünü norveçli FIFA referisi Rohit Saqqi idarə edir.
Qeyd edək ki, bu matçın qalibi turnirin növbəti - pley-off mərhələsində Lixtenşteynin “Vaduts” klubu ilə qarşılaşacaq.
Xatırladaq ki, Bakıdakı ilk matçda "Neftçi" 2:1 hesabı ilə qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.03.2024 [14:22]
“Qəbələ” İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb
- 19.03.2024 [13:08]
“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb
- 19.03.2024 [13:01]
Fransalı tennisçi oyun zamanı huşunu itirib
- 19.03.2024 [13:00]
Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb
- 19.03.2024 [12:05]
Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər
- 18.03.2024 [22:40]
Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub
- 18.03.2024 [21:29]
Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub
- 18.03.2024 [20:47]