İDMAN


Raqif Abbasov: Pandemiyaya qalib gəlmək üçün evdə qalaq, idmandan qalmayaq, daha da sağlam olaq VİDEO

Bakı, 2 aprel, AZƏRTAC

Son vaxtlar dünyada tüğyan edən COVID-19 pandemiyası təəssüf ki, ölkəmizdən də yan keçməyib. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah koronavirusun yayılmasının qarşısının alınması istiqamətində gərgin iş rejimində səmərəli fəaliyyət göstərir. Operativ Qərargah vətəndaşlarımıza müraciət edərək məhz bu ərəfədə evdə qalmağımızı, sağlamlığımızın qorunmasını tövsiyə edir. Bu pandemiyaya qalib gəlmək üçün evdə qalaq, idmandan qalmayaq, daha da sağlam olaq.

Bu fikri AZƏRTAC-a müsahibəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib. O bildirib ki, Azərbaycan idmançıları, o cümlədən, paytaxt idmançıları, federasiyalar, gənclər də bu çağırışa qoşularaq müxtəlif layihələr, aksiyalar keçirirlər.

Gənclər və İdman Nazirliyinin tapşırığı əsasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi juboksinq citsu, budo, full-kontakt və kyokuşin karate, eləcə də digər federasiyalarla birgə #evdeqal kampaniyasına qoşularaq xüsusi videoçarxlar hazırlayıb.

AZƏRTAC həmin videoçarxları təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.