İDMAN


“Raquf Orucov Kuboku” beynəlxalq cüdo turnirində seçmə yarışları başa çatıb

Bakı, 17 aprel, AZƏRTAC

Bakıda “Judo Club 2012” idman klubunun təşkilatçılığı ilə yaşı 21-dək (U-21) olan gənc cüdoçulardan ibarət komandalar arasında üçüncü “Raquf Orucov Kuboku” beynəlxalq turniri davam edir.

AZƏRTAC xəbər verir ki, turnirin seçmə mərhələsi artıq başa çatıb. Azərbaycanın “Judo Club-1” komandası və Gürcüstan yığması bütün rəqiblərinə qalıb gələrək finala çıxıblar. Bürünc mükafat uğrunda isə Azərbaycanın digər komandası “Judo Club-2”, Qroznı, Mahaçqala və Dərbənd (hər üçü Rusiya) yığmaları mübarizə aparacaqlar.

Bu gün, həmçinin turnirin rəsmi açılışı, final görüşləri və mükafatlandırma mərasimi olacaq.

Qeyd edək ki, yarışda Azərbaycan, Rusiya, Gürcüstan və Qazaxıstandan ümumilikdə 17 komanda iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.