REGİONLAR


Rasim İsmayılov: “Aqroservis” ASC-nin təchizat bazalarında 2 mindən çox texnika mövcuddur

Zaqatala, 7 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Bu gün Zaqatalada fındıqçılıqla bağlı keçirilən tədbirdə “Aqroservis” ASC olaraq, biz də öz texnikalarımızı nümayiş etdiririk. Hazırda ASC-nin təchizat bazalarında 2 mindən çox texnika mövcuddur və biz onları istənilən zaman alıcılara təqdim edə bilərik.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Zaqatalada fındıqçılıqla bağlı keçirilən sərgi-satış yarmarkasında “Aqroservis” ASC-nin kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin və texnoloji avadanlıqların satışı şöbəsinin müdiri Rasim İsmayılov deyib.

Qurum rəsmisi bildirib ki, yarmarkada həm fındıqçılıq, həm də bağçılıqda istifadə olunan texnika və avadanlıqlar nümayiş etdirilir. Bunlar, əsasən çiləyicilər, budaq doğrayan aqreqatlar, frezlər və digər texnikalardır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.