İQTİSADİYYAT
Rauf Bəkirov: Gələcək illərdə yerli gübrəmizi istehsal etməyi planlaşdırırıq
Bakı, 18 may, AZƏRTAC
Səkkiz ildir aqronom kimi çalışıram. İşlədiyim “Aqriko” şirkəti altı ildir Azərbaycan bazarındadır. Gələcək illərdə “Doktorbio” markası altında yerli gübrəmizi istehsal etməyi planlaşdırırıq.
Bu barədə AZƏRTAC-a müsahibəsində Bakı Ekspo Mərkəzində 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi “Caspian Agro 2022” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərində məhsullarını nümayiş etdirən “Aqriko” şirkətinin nümayəndəsi Rauf Bəkirov deyib.
“Əsasən Almaniya, İsrail, İtaliya, Türkiyə, Polşa və Belçika şirkətləri ilə birbaşa müqavilələr bağlayıb gübrələr, dərmanlar və sairə kimi məhsullar gətirir və Azərbaycan bazarında fermerlərə təqdim edirik. Azərbaycanda əsasən istixana sektorunun, bağçılıq və tərəvəzçilik sektorunun bizim gübrələrə ehtiyacı var”, - deyə R.Bəkirov söyləyib.