MƏDƏNİYYƏT


Rauf Hacıyev adına 15 nömrəli musiqi məktəbində “Xocalı: XX əsrin faciəsi” mövzusunda tədbir

Bakı, 25 fevral, AZƏRTAC

Fevralın 25-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbində Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş ”Xocalı: XX əsrin faciəsi” mövzusunda tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a musiqi məktəbindən məlumat verilib. Bildirilib ki, əvvəlcə tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən məktəbin direktoru Sevil Ələkbərova bildirib ki, Xocalı soyqırımı xalqımızın qan yaddaşının ən dəhşətli səhifəsidir. Xocalı soyqırımı insanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən qanlı kütləvi terror hadisələrindən biri kimi tarixə düşüb.

Tədbirdə məktəbin şagirdləri respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Cəmil Sədizadə, Əbdüləli Hüseynli, Çiçək Əliyeva, Orxan Hüseynov, Mixail Çernyavka, Naidə Qasımova, müəllim Fərid Quliyev iştirak ediblər.

Tədbirdə dahi bəstəkarlardan Ü.Hacıbəylinin “Cəngi”, Q.Qarayevin II, III və VII “Prelüdiya”, “Yeddi gözəl” baletindən “Gözəllər gözəli”, V.Adıgözəlovun “Laylay”, S.Slonimskinin “Zınqırov” və C.Uilyamsın “Şindlerin siyahısı” əsərləri və “Şur” muğamı səsləndirilib.

Məktəbin müəllimi Maya Məmmədova məruzə ilə çıxış edib.

Allah şəhidlərimizə rəhmət eləsin!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.