MƏDƏNİYYƏT


Rauf Hacıyevin mahnılarından ibarət konsert təşkil olunacaq

Bakı, 3 avqust, AZƏRTAC

Oktyabrın 4-də Heydər Əliyev Sarayında SSRİ Xalq Artisti, görkəmli bəstəkar Rauf Hacıyevin mahnılarından ibarət konsert keçiriləcək.

Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konsertdə Xalq artistləri Brilliant Dadaşova, Mübariz Tağıyev, Azər Zeynalov, Ənvər Sadıqov, Əməkdar artistlər İlqar Muradov, Anar Şuşalı, Sevda Ələkbərzadə, Tünzalə Ağayeva, Teymur Əmrah, Abbas Bağırov, Lalə Məmmədova, tanınmış müğənnilər Nadir Qafarzadə, Eldar Qasımov, Emiliya Yaqubova, Taleh Yəhyayev, Zamiq Hüseynov, Fuad Musayev, “Qaya” qrupu və başqaları iştirak edəcəklər. Konsertdə bəstəkarın musiqisevərlər və ifaçılar arasında populyarlıq qazanan “Sevgilim”, “Mənim Azərbaycanım”, “Lirik mahnı”, “Bahar gəlir”, “Sevimli şəhər”, “Bakı haqqında mahnı”, “Leyla”, “Neft daşlarında”, “Ceyran” və digər mahnıları səsləndiriləcək.

Saat 19:00-da başlayacaq konsertin biletlərini şəhərin mərkəzi kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.