İDMAN


Rauf Kazımov: Avrasiya çempionatındakı qələbəmlə dördüncü mütləq çempionluğa sahib oldum

Bakı, 28 iyun, AZƏRTAC

Azərbaycan Stronqmen Federasiyasının təşkilatçılığı ilə Bakıda güc idman növləri üzrə Avrasiya çempionatı yüksək səviyyədə təşkil olundu. Rəqiblərim çox güclü idi və yarışalar gərgin idman mübarizəsi ilə yadda qaldı.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində güc idman növləri üzrə Avrasiya çempionatının strikt karl yarışlarında mütləq çempion olan Rauf Kazımov deyib.

Əksər idmançıların çempionatda şəxsi rekordlarını yaxşılaşdırdıqlarını vurğulayan R.Kazımov bildirib: “Azarkeşlərin də dəstəyi çempion olmağımda mühüm rol oynadı. Karyeramda növbəti dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxdığım üçün çox xoşbəxtəm. Cari ildə məni bir neçə ciddi sınaq gözləyir. Ümid edirəm ki, növbəti yarışlarda da uğurlu çıxışımı davam etdirib mükafatçılar sırasında yer alacağam”.

Azərbaycan Stronqmen Federasiyasının il boyu müxtəlif yarışlar təşkil etdiyini vurğulayan R.Kazımov turnirlərin çoxluğunun idmançıların peşəkarlıq səviyyəsinin yüksəlməsinə və təcrübələrinin artmasına imkan verdiyini deyib. O, idmançıların hazırlıq səviyyəsinin artmasını həmişə diqqət mərkəzində saxlayan federasiya prezidenti Bəxtiyar Quliyevə minnətdarlığını bildirib.

“Ötən yarışdan az vaxt keçməsinə baxmayaraq Avrasiya çempionatına çox ciddi hazırlaşmışdım. Sevindirici haldır ki, yeni rekordumu strikt karl tarixinə yazdırmağı bacardım. Avrasiya çempionatındakı qələbəmlə dördüncü mütləq çempionluğa sahib oldum”, - deyə R.Kazımov əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.