DÜNYA


Ravil Qaynutdin yenidən Rusiya Müsəlmanları İdarəsinin sədri seçilib

Moskva, 23 sentyabr, AZƏRTAC

Moskvada Rusiya Müsəlmanları İdarəsinin (RMİ) VII hesabat-seçki qurultayı keçirilib.

AZƏRTAC xəbər verir ki, 500-dən çox nümayəndənin qatıldığı VII hesabat-seçki qurultayı ilə yanaşı, Rusiya paytaxtında Moskva Böyük Məscidinin 115 illiyi, Rusiya Müsəlmanları İdarəsinin 25 illiyi, Moskva İslam İnstitutunun yaradılmasının 60 illiyi və RMİ-nin başçısı, müfti Ravil Qaynutdinin 60 illik yubileyi qeyd olunur.

Rusiya müsəlmanlarının qurultayı Moskva Böyük Məscidində ilk dəfə keçirilib. Tədbirdə 5 illik hesabat-seçki dövrünə yekun vurulub, növbəti dövr üçün fəaliyyət planı təsdiqlənib. Ravil Qynutdin 7-ci dəfə RMİ-nin sədri seçilib.

Qeyd edək ki, 1904-cü ildə açılmış Moskva Böyük Məscidi 115 il ərzində heç zaman bağlanmayıb, bütün dövrlərdə - sovet hakimiyyəti dövründə, Böyük Vətən müharibəsi illərində müsəlmanların ibadətlərini yerinə yetirməsi üçün bir araya gəldiyi məbədə çevrilib. 1994-cü ildə müfti şeyx Ravil Qaynutdinin rəhbərliyi ilə Rusiyanın bütün regionlarından müsəlmanların Rusiya Müsəlmanları İdarəsinin ətrafında birləşməsinə başlanılıb, Moskva məscidində yenidənqurma işləri aparılıb. 2015-ci ildə yenilənmiş Moskva Böyük Məscidinin Prezident Vladimir Putinin iştirakı ilə təntənəli açılışı olub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.