CƏMİYYƏT


Reabilitasiya müəssisəsinin azyaşlı sakinlərinin hərbçilərlə görüşü olub

Bakı, 27 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin sakinləri Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə “N” saylı hərbi hissədə əsgər və zabitlərlə görüşüb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə uşaqlar hazırladıqları əl işlərini əsgər və zabitlərə hədiyyə veriblər. Onların əl işləri olan hədiyyələr, xüsusilə “Azərbaycan əsgəri”, “Azərbaycan bayrağı” və “Sülh göyərçini” rəsmləri maraqla qarşılanıb. Uşaqlar Vətənə həsr olunmuş şeir və mahnılar səsləndirib, əsgərlərlə birgə rəqs ediblər.

Qeyd edək ki, Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin fəaliyyəti baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların dövlət qayğısı ilə təmin edilməklə, normal həyata qayıdışına imkan yaradılması, onların təlim-tərbiyə sistemi ilə əhatə olunmaları məqsədinə xidmət edir. Ötən il fəaliyyətə başlayan müəssisəyə qəbul edilən 66 uşağın yarıdan çoxu artıq reabilitasiya olunub. Hazırda burada 17 uşağın reabilitasiyası davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.