CƏMİYYƏT


“Reabilitasiyaya dəstək: COVID-19 ilə bağlı xəstəlikdən sonra özünü idarəetmə” təlimat kitabçasının təqdimatı keçirilib

Bakı, 7 iyul, AZƏRTAC

Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə icra etdikləri Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü çərçivəsində “Reabilitasiyaya dəstək: COVID-19 ilə bağlı xəstəlikdən sonra özünü idarəetmə” təlimat kitabçasının təqdimatı keçirilib.

ÜST-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, bu kitabça 2020-ci ildə jurnalistlər üçün məsləhətləri özündə ehtiva edən “COVID-19 informasiya bələdçisi”nin dərc edilməsindən sonra sözügedən Aİ-ÜST layihələri çərçivəsində işıq üzü görmüş ikinci nəşrdir.

COVID-19-dan sağalan yetkin şəxslərə dəstək üçün nəzərdə tutulmuş bələdçidən hospitalizasiyadan sonra evə yazılmış pasiyentlər, habelə hospitalizasiyaya ehtiyacı olmayan əhali qrupu istifadə edə bilər. Bəzi hallarda 12 həftədən artıq davam edə bilən əlamətlər COVID-19-dan sonrakı vəziyyət adlanır, eləcə də uzunmüddətli COVID-19 və ya COVID-19-dan sonrakı sindrom olaraq da tanınır. Ümumilikdə bu əlamətlər zamanla aradan qalxır, təlimat kitabçası isə ümumi əlamətlərin öhdəsindən gəlmək üçün bəzi praktik təkliflər verir. Bələdçidəki tövsiyələr hər hansı fərdi reabilitasiya proqramını və ya həkimlər tərəfindən verilən məsləhətləri əvəz etməməlidir.

Təlimat kitabçasını aşağıdakı link vasitəsilə endirə bilərsiniz: : https://azerbaijan.un.org/az/188802-reabilitasiyaya-dstk-covid-19-il-bagli-xstlikdn-sonra-ozunu-idaretm-bldcisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.