İDMAN


“Real” Azərbaycan millisinin sabiq müdafiəçisi ilə müqaviləni yeniləyib

Bakı, 30 may, AZƏRTAC

İspaniyanın “Real” basketbol klubu Azərbaycan millisinin sabiq müdafiəçisi Ceysi Kerroll ilə müqaviləni yeniləyib.

AZƏRTAC xəbər verir ki, bu mövsüm 37 yaşlı basketbolçu Avroliqada hər oyuna orta hesabla 7,5 xalla yadda qalıb. C.Kerroll karyerasını bitirməyə hazırlaşırdı. Amma mövsümün yarımçıq dayandırılması basketbolçunu qərarını dəyişməyə vadar edib.

Qeyd edək ki, basketbolçu son 9 ildə “Real”da çıxış edir. 2013-cü ildə o, Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin də şərəfini qoruyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.