İDMAN


“Real Madrid” Almaniya millisinin hücumçusu ilə maraqlanır

Bakı, 16 yanvar, AZƏRTAC

İspaniyanın “Real Madrid” klubu Almaniya millisinin və “Leypsiq” komandasının hücumçusu Timo Vernerin xidmətlərindən yaxından maraqlanır.

AZƏRTAC “AS” nəşrinə istinadla xəbər verir ki, Kərim Benzemanı əvəz etmək üçün “kral” klubunun rəhbərliyi 22 yaşlı hücumçunu transfer etmək istəyir. Həmçinin Timo Verner ilə “Borussiya Dortmund”, “Liverpul”, “Yuventus” və “Milan” da yaxından maraqlanır.

Daha əvvəl almaniyalı futbolçunun “Leypsiq” klubu ilə müqaviləni uzatmaması haqqında xəbərlər yayılmışdı. Onun klub ilə müqaviləsi 2022-ci ilə kimi nəzərdə tutulub. “Leypsiq” klubu futbolçunu 70 milyon avrodan aşağı məbləğə satmayacağını bildirmişdi.

Timo Verner cari mövsümdə Almaniya Bundersliqasında “Leypsiq”in heyətində 23 oyunda meydana çıxıb, 11 dəfə fərqlənib və 2 oyunda məhsuldar ötürmə ilə yadda qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.