İDMAN


“Real Madrid” Kristian Eriksenlə razılığa gəlib VİDEO

Bakı, 1 may, AZƏRTAC

İspaniyanın “Real Madrid” futbol klubu “Tottenhem” komandasının yarımmüdafiəçisi Kristian Eriksenlə razılığa gəlib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin 2020-ci ilədək London klubu ilə müqaviləsi var.

Qeyd edək ki, danimarkalı yarımmüdafiəçi 2013-cü ildə “Ayaks” klubundan “Tottenhem”ə transfer olunub. O, cari mövsümdə London klubunda keçirdiyi 33 oyunda 7 qol vurub və 12 məhsuldar ötürmə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.