İDMAN


“Real Madrid” Toni Krossla yeni müqavilə imzalayıb

Bakı, 20 may, AZƏRTAC

İspaniyanın “Real Madrid” futbol klubunun rəhbərliyi yarımmüdafiəçi Toni Krossla yeni müqavilə imzalayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 29 yaşlı almaniyalı yarımmüdafiəçinin yeni müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Toni Kross 2014-cü ildə Almaniyanın “Bavariya” klubundan “Real Madrid”ə 25 milyon avro qarşılığında transfer olunub. O, bir dəfə İspaniya çempionu, üç dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.