İDMAN


“Real Madrid” doğma meydanda “Girona”ya məğlub olub

Bakı, 17 fevral, AZƏRTAC

Fevralın 17-də “Real Madrid” cari mövsümdə La Liqada yeddinci dəfə məğlub olub.

AZƏRTAC xəbər verir ki, İspaniya çempionatının 24-cü turunda madridlilər doğma meydanda – “Santiaqo Bernabeu”da turnir cədvəlində 17-ci pillədə qərarlaşan “Girona”ya uduzublar – 1:2.

Oyunda ilk dəqiqələrdən rəqibin qapısı qarşısında təhlükəli vəziyyətlər yaradan meydan sahibləri 25-ci dəqiqədə Karlos Kasemironun başla vurduğu qol sayəsində hesabı açıblar.

İkinci hissədə daha inamlı təsir bağışlayan qonaq komanda 65-ci dəqiqədə hesabı bərabərləşdirib. Kristian Stuani 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib – 1:1. Bu qoldan on dəqiqə sonra Kristian Portuqes “Girona”nı hesabda irəli çıxarıb. “Real” oyunda dönüş yaratmağa çalışsa da, məğlubiyyətdən xilas ola bilməyib – 1:2.

Beləliklə, cari mövsümdə yeddinci dəfə məğlubiyyətlə üzləşən “Kral klubu” bir pillə geriləyərək üçüncü sırada qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.