İDMAN


“Real Madrid” futbolçusu Dani Sebalos ilə müqaviləni yeniləmək niyyətindədir

“Real Madrid” futbolçusu Dani Sebalos ilə müqaviləni yeniləmək niyyətindədir

Bakı, 4 fevral, AZƏRTAC

“Real Madrid” klubu futbolçusu Dani Sebalos ilə müqaviləni yeniləmək niyyətindədir.

AZƏRTAC “Marca” nəşrinə istinadla xəbər verir ki, Madrid klubunun rəhbərliyi artıq 26 yaşlı yarımmüdafiəçini bu barədə məlumatlandırıb.

Daha əvvəl Sebalosun da Madrid klubu ilə müqaviləni uzatmaq istədiyi bildirilib.

2017-ci ildə “Real Madrid”ə keçən yarımmüdafiəçi 2019-2021-ci illərdə icarə əsasında “Arsenal”da çıxış edib.

Cari mövsüm 26 yaşlı ispaniyalı futbolçu bütün turnirlərdə 20 oyuna çıxıb, bir qol vurub və dörd məhsuldar ötürmə ilə yadda qalıb.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.