İDMAN


“Real Madrid” klubu “Çelsi”yə Kurtua və Vilyama görə 100 milyon funt təklif edib

Bakı, 30 iyul, AZƏRTAC

Madridin “Real” klubu belçikalı qapıçı Tibo Kurtua və braziliyalı yarımmüdafiəçi Vilyama görə Londonun “Çelsi” klubuna 100 milyon funt (112 milyon avro) ödəməyə hazırdır.

AZƏRTAC Madrid klubunun rəsmi saytına istinadla xəbər verir ki, T.Kurtua “kral klubu”na razılıq verib. Əgər “Çelsi” klubu avqustun 9-na kimi (transfer pəncərəsinin bağlanma günü) Tibo Kurtua üçün əvəzləyici tapsa qapıçı “Real” klubuna transfer oluna bilər.

T.Kurtua 2014-cü ildən “Çelsi” klubunun şərəfini qoruyur. O, London klubunun heyətində 126 oyun çıxıb, 71 oyunda qapısını toxunulmaz saxlayıb.

Vilyam 2013-cü ildən “Çelsi” klubunun formasını geyinir. Keçən mövsüm İngiltərə Premyer Liqasında 55 oyun start heyətdə meydana çıxan braziliyalı 13 dəfə fərqlənib və 8 dəfə məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Rusiyada keçirilən dünya çempionatında Tibo mundialın ən yaxşı qapıçısı “Qızıl əlcək” mükafatı alıb. Vilyamın komandası Braziliya millisi isə dörddəbir final mərhələsində Belçikaya məğlub olaraq turnirdə mübarizəsini dayandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.