İDMAN


“Real Madrid” klubu Səudiyyə Ərəbistanına tam heyətlə yollanacaq

Bakı, 10 yanvar, AZƏRTAC

İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi Karlo Ançelotti komandanın İspaniya Super kuboku yarışlarında iştirak edəcək heyətini açıqlayıb.

AZƏRTAC klubun rəsmi səhifəsinə istinadla xəbər verir ki, klub Səudiyyə Ərəbistanına tam heyətlə, o cümlədən müdafiəçi Dani Karvaxal və əvvəllər səhhətində problemlər yaşayan hücumçu Luka Yoviçlə yollanacaq.

Qeyd edək ki, İspaniya Super kuboku yarışları Səudiyyə Ərəbistanına keçiriləcək. Madrid təmsilçisi yanvarın 12-də yarımfinal mərhələsi çərçivəsində əzəli rəqibi “Barselona” klubu ilə qarşılaşacaq. Bir gün sonra, digər yarımfinalda “Atletiko Madrid” və turnirin hazırkı qalibi “Atletik Bilbao” üz-üzə gələcəklər. Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.