İDMAN
“Real Madrid” klubu tarixində ikinci dəfə klublararası dünya çempionu olub
Bakı, 19 dekabr, AZƏRTAC
Futbol üzrə klublararası dünya çempionatının qalibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, “Real Madrid” tarixində ikinci dəfə bu kuboka yiyələnib. İspaniya klubu final matçında meydan sahibi Yaponiyanın “Kaşima Antlers” komandasına 4:2 hesabı ilə qalib gəlib. Həlledici görüşdə əsas vaxt 2:2 hesabı ilə yekunlaşıb. Madrid təmsilçisinin portuqaliyalı bombardiri Kriştiano Ronaldo komandasına qalibiyyət qazandırmağı bacarıb. Cari il dünyanın ən yaxşı futbolçusu seçilən 31 yaşlı hücumçu əlavə vaxtda daha iki qol vuraraq het-trik edib. Beləliklə, kral klubu 2014-cu ildən sonra ikinci dəfə sözügedən turnirin qalibi olub.
Qeyd edək ki, “Real Madrid”dən fərqli İspaniyanın digər nəhəngi “Barselona” bu kuboku 3 dəfə (2009, 2011 və 2015-ci il) qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]