İDMAN


“Real Madrid” klubunun yeni transfer rekordu

Bakı, 13 iyun, AZƏRTAC

“Real Madrid” klubu yay transfer pəncərəsində yeni futbolçuların alınması üçün rekord məbləğdə vəsait xərcləyib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Madrid təmsilçisi yay transfer pəncərəsində beş futbolçunun alınması üçün 303 milyon avro ödəyib. “Real”ın rəhbərliyi “Çelsi”dən Eden Hazardı (100 milyon avro), “Ayntraxt”dan Luka Yoviçi (60 milyon), “Portu”dan Eder Militaonu (50 milyon), “Olimpik Lyon”dan Ferland Mendini (48 milyon), “Santos”dan isə Rodriqonu (45 milyon) heyətinə qatıb.

Bununla da “Real Madrid” on il əvvəlki rekordunu yeniləyib. “Kral klubu” 2009-cu ilin yayında Kriştiano Ronaldo, Kaka, Xabi Alonso və Kərim Benzemanın transferi üçün ümumilikdə 260 milyon avro xərcləmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.