İDMAN


Real Madrid” polşalı hücumçuya görə danışıqlara başlayıb

Bakı, 15 yanvar, AZƏRTAC

İspaniyanın “Real Madrid” klubu Kərim Benzema və Mariano Diazin zədələnməsi səbəbindən yeni hücumçu axtarışına çıxıb.

AZƏRTAC “AS” nəşrinə istinadla xəbər verir ki, “kral” klubu İtaliyanın “Cenoa” klubunun polşalı hücumçusu Kşiştof Pentekə görə, növbəti danışıqlara başlayıb. “Real Madrid” birinci danışıqlarda 60 milyonluq tələbi rədd etmişdi.

Həmçinin futbolçu ilə Almaniyanın “Borussiya Dortmund” və İtaliyanın “Milan” klubları da yaxından maraqlanır.

Qeyd edək ki, 23 yaşlı forvard cari mövsümdə “Cenoa”nın heyətində 19 oyunda meydana çıxıb və 13 qolla yadda qalıb. İtaliya A Seriyasının bombardirlər cədvəlində polşalı yalnız “Yuventus”un əsas qol silahı sayılan Kriştianu Ronaldudan geri qalır (14 qol). Kşiştof Pentekin “Cenoa” ilə müqaviləsi 2022-ci ilədək nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.