İDMAN


“Real Madrid" futbol üzrə UEFA Çempionlar Liqasının qalibi olub

Bakı, 29 may, AZƏRTAC

Mayın 28-də futbol üzrə UEFA Çempionlar Liqasının final oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, Fransanın paytaxtı Parisdəki “Stad de Frans” stadionunda oynanılan matçda “Liverpul” və “Real Madrid" komandaları qarşılaşıblar.

Oyunun birinci hissəsində hesab açılmayıb.

Matçın 59-cu dəqiqəsində Federiko Valverdenin cinah ötürməsindən sonra Vinisius Junior hesabı açıb -1:0. Oyunda başqa qol olmayıb.

Beləliklə, Karlo Ançelottinin yetirmələri minimal hesablı qələbə qazanaraq 14-cü dəfə Çempionlar Liqasının qalibi olublar.

Qeyd edək ki, komandalar qitənin ən nüfuzlu klub turnirində bu oyunadək 8 dəfə üz-üzə gəlmişdilər. Bunların 4-də “Real Madrid”, 3-də isə “Liverpul” qələbə qazanmış, bir görüş heç-heçə başa çatmışdı. Qolların nisbətində də Madrid təmsilçisinin üstünlüyü var idi - 10:8.

Bunadək 13 dəfə Çempionlar Liqasının qalibi olan Madrid təmsilçisi hazırda turnirin ən titullu klubudur. Hazırda Yürgen Kloppun baş məşqçisi olduğu komanda isə Çempionlar Liqasının finalında 6 dəfə qələbə sevinci yaşayıb.

Bununla da Avropada 2021-2022-ci il futbol mövsümünə yekun vurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.