İDMAN


“Real Madrid” ukraynalı qapıçısını icarəyə verib

Bakı, 14 avqust, Nicat Məmmədov, AZƏRTAC

İspaniyanın “Real Madrid” klubu ukraynalı qapıçısı Andrey Lunini “Valyadolid” komandasına icarəyə verib.

AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, icarə müqaviləsi bir mövsüm üçün nəzərdə tutulub. A.Lunin son mövsümü İspaniyanın digər klubu “Leqanes”də icarə əsasında keçirib.

İyun ayında Ukrayna millisinin heyətində Polşada keçirilən gənclər arasında dünya çempionatının qalibi olan gənc qapıçı ötən yay “Zarya” komandasında transfer olunmuşdu. “Kral klubu” futbolçu ilə altıillik müqavilə imzalayıb. İspaniya mətbuatında yer alan xəbərlərə görə, paytaxt klubu Lunin üçün luqansklılara 14 milyon avro ödəyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.