İDMAN


“Real Madrid”in futbolçusu Kərim Benzema Çempionlar Liqasının tarixinə düşüb

Bakı, 28 aprel, AZƏRTAC

İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kərim Benzema Çempionlar Liqasının tarixinə düşüb.

AZƏRTAC xəbər verir ki, 34 yaşlı hücumçu buna evdə İngiltərənin “Çelsi” klubu ilə 1:1 hesablı heç-heçə etdikləri matçda nail olub.

Komandasının yeganə qolunun müəllifi olan fransalı forvard qitənin bir nömrəli klub turnirində 71-ci dəfə fərqlənməklə "kral klubu"nun keçmiş futbolçusu Raul Qonsalesə çatıb.

Hazırda yalnız Kriştianu Ronaldu (134), Lionel Messi (120) və Robert Levandovski (73) Benzema və Rauldan daha çox qol vurub.

Benzema, həmçinin Çempionlar Liqasının yarımfinalında qol vuran ən yaşlı futbolçu kimi də tarixə düşüb. O, 33 yaş 129-cü günündə fərqlənib. Daha əvvəl Ronaldo 32 yaş 86-cı günündə qol vura bilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.