İDMAN


“Real Madrid”in hücumçusu koronavirusa yoluxub

Bakı, 29 iyul, AZƏRTAC

İspaniya çempionu olandan sonra əsas diqqəti UEFA Çempionlar Liqasına yönəldən “Real Madrid” klubu “Mançester Siti” ilə cavab qarşılamasının hazırlığına başlayıb. Məşqlərdən əvvəl klubun bütün üzvləri koronavirus testindən keçiblər.

AZƏRTAC xəbər verir ki, nəticədə komandanın hücumçusu Mariano Diasda virusun olduğu aşkarlanıb. Dominikanlı futbolçu ev şəraitində karantinə alınıb və məşqlərdən uzaqlaşdırılıb. Onun Çempionlar Liqasının görüşündə iştirak etməyəcəyi dəqiqləşib.

UEFA artıq məsələyə rəsmi münasibət də bildirib. Qitənin ali futbol qurumu “Real Madrid” ilə əlaqədə olduğunu və vəziyyəti nəzarətdə saxladığını açıqlayıb.

“Mançester Siti”–“Real Madrid” görüşü avqustun 7-nə təyin edilib. İlk matçda İngiltərə təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Mariano Dias “Real Madrid”in ehtiyat futbolçusu sayılır. O, bu mövsüm La Liqada 5 oyunda meydana çıxıb və 1 qol vurub.

Komandanın əsas heyət üzvlərindən isə şad xəbər var. Belə ki, Marselo və Eden Azar zədəsini sağaldıb. Məşqlərə qatılan bu futbolçuların Çempionlar Liqasının cavab oyununda iştirak edəcəyi bildirilir.

AZƏRTAC—0—

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.