İDMAN


“Real Madrid”in müdafiəçisi Eder Militao “El Klasiko”nu buraxacaq

Bakı, 14 oktyabr, AZƏRTAC

“Real Madrid”in müdafiəçisi Eder Militao sıradan çıxıb.

AZƏRTAC xəbər verir ki, 23 yaşlı futbolçu Braziliya yığmasının heyətində zədələnib. Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Kolumbiya (0:0) ilə qarşılaşmada sağ ayağından zədə alan Militaonun durumunun ciddi olduğu açıqlanıb. İlkin tibbi müayinədən sonra onun Çempionlar Liqasının qrup mərhələsində “Şaxtyor” və La Liqanın X turunda “Barselona” ilə qarşılaşmanı buraxacağı bildirilib. Lakin futbolçu daha bir dəfə müayinədən keçəcək.

Qeyd edək ki, oktyabrın 19-da Donetskdə “Şaxtyor”un qonağı olacaq “Real” ayın 24-də “El Klasiko”da “Barselona” ilə səfərdə üz-üzə gələcək.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.