İDMAN


“Real Madrid”in yarımmüdafiəçisi Qaret Beyl iki həftə meydana çıxa bilməyəcək VİDEO

Bakı, 5 yanvar, AZƏRTAC

İspaniyanın “Real Madrid” klubunun uelsli yarımmüdafiəçisi Qaret Beyl əzələsində yaranan zədələrə görə iki həftə yaşıl meydanlardan uzaq qalacaq.

AZƏRTAC “Eurosport”a istinadla xəbər verir ki, həkimlər futbolçuya 10-15 gün idmanla məşğul olmağı qadağan ediblər. Bununla da uelsli futbolçu İspaniya çempionatında “Real Sosiedad”, “Real Betis”, Kral kubokunda isə “Leqanes” klublarına qarşı oyunları buraxmalı olacaq.

Q.Bale cari mövsümdə İspaniya çempionatında 15 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə verib.

Madrid klubu hazırda 30 xalla çempionatda dördüncü sırada qərarlaşıb. İspaniya çempionatına 37 xalla “Barselona” komandası başçılıq edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.