İQTİSADİYYAT
“Realest Azerbaijan” daxili və qlobal əmlak bazarında
Bakı, 10 sentyabr, AZƏRTAC
Yerli startaplarımızdan olan “Realest Azerbaijan” daxili və qlobal əmlak bazarında bir ilki gerçəkləşdirib.
İnnovasiyalar Agentliyindən AZƏRTAC-a bildirilib ki, şirkət Azərbaycanda istifadəçilərə qlobal əmlak bazarını əhatə edən mobil tətbiq (https://onelink.to/jqev6a) təqdim edib. İnnovativ tətbiq çox rahat axtarış və nümayişetmə funksiyalarına malikdir. Belə ki, Azərbaycan, Yaxın Şərq, Avropa, Amerika və Uzaq Şərq bazarları üzrə müstəsna evlər, villalar, torpaq sahələri və biznes obyektləri təklif olunur. Bundan əlavə ağıllı axtarış və bildiriş (Smart Search & Notification) sistemi əmlak bazarındakı bütün yeniliklər haqqında avtomatik bildirişlər və investisiya təklifləri almaq və yerli əmlakı dünya bazarına çıxarmaq üçün imkan yaradıb.
Tətbiqin artıq yaxın və uzaq xarici ölkələrdən istifadəçiləri mövcuddur. Beləliklə “Realest” yerli və xarici əmlak bazarı iştirakçılarının görüşə bildiyi unikal bir məkanı istifadəçilərin diqqətinə təqdim edib.
Qeyd edək ki, layihə İnnovasiyalar Agentliyinin dəstəyi ilə həyata keçirilir. Layihənin təqdim etdiyi servis və yeniliklərlə daha ətraflı tanış olmaq üçün: https://realest.az