MƏDƏNİYYƏT


Rəbiqə Nazimqızının şeirləri İspaniya ədəbiyyat portalında

Rəbiqə Nazimqızının şeirləri İspaniya ədəbiyyat portalında

Bakı, 19 may, AZƏRTAC

İspaniyanın populyar “Trabalibros” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin (DTM) “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində gənc, istedadlı şairə Rəbiqə Nazimqızının ispan dilinə tərcümə edilmiş “Narahat şeir”, “Mənə bir şəkil göndər” şeirlərini yayımlayıb.

DTM-dən AZƏRTAC –a verilən məlumata görə, şairin yaradıcılığı haqqında məlumatla birgə təqdim olunan şeirlərin ispan dilinə tərcümə müəllifi Mərkəzin ispan dili mütəxəssisi Aysel Əliyeva, bədii redaktoru, İspaniyanın filoloq alimi Eva Kontrerasdır.

Geniş oxucu kütləsi tərəfindən izlənilən “Trabalibros” portalı mütəmadi olaraq səhifələrində Xuan Rulfo, Tomas Mann, Vladimir Nabokov, Volfqanq Höte, Migel Delibes, Federiko Qarsia Lorka kimi korifey yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

Qeyd edək ki, 1998-ci ildən qəzet, jurnal, sayt və onlayn televiziyalarda müxbir, tərcüməçi, redaktor kimi çalışmış Rəbiqə Nazimqızı “Sənə qədər”, “Epizodik sevgilər”, “Çətirlərin qiyamı”, “Vaxtı öpmək” adlı şeir kitablarının müəllifidir. O, həmçinin “Rixard Vaqner. Mənim həyatım” memuarını, Avqust Strindberqin “Tənha”, Elias Kanettinin “Korlaşma” romanlarını, Romen Rollanın “Seçilmiş əsərləri”ni, dilimizə tərcümə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.