CƏMİYYƏT


“Rebuild Karabakh” sərgisində işğaldan azad olunmuş ərazilərin rəqəmsal su ehtiyatları xəritəsi nümayiş etdirilir

Bakı, 21 oktyabr, AZƏRTAC

Oktyabrın 20-dən 22-dək keçirilən “Rebuild Karabakh” -1-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişaf” sərgisində Su ehtiyatlarından səmərəli istifadə Məsələləri üzrə Komissiyada təmsil olunan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərsu” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC birgə stendlə iştirak edir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, stenddə işğaldan azad olunmuş ərazilərin rəqəmsal su ehtiyatları xəritəsi nümayiş etdirilir və ərazilərdəki su ehtiyatları, onların bərpası, bu istiqamətdə həyata keçiriləcək layihələr barədə ziyarətçilərə məlumat verilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.