MƏDƏNİYYƏT
“Rebuild Karabakh” sərgisində mədəni proqram təşkil edilib
Bakı, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 22-də “Rebuild Karabakh” - Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişaf” sərgisində mədəni proqram təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Mahnı və Rəqs Ansamblının rəqqasları “Cəngi”, “Uzundərə”, “Naz eləmə”, “Sarı gəlin”, “Yallı” rəqslərini ifa ediblər. Bundan başqa muğam üçlüyü tərəfindən solo ifalar, “Xudayar”, “Bayatı-Şiraz”, “Mahur”, Segah təsnifləri, “Qarabağ şikəstəsi” səsləndirilib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, “Caspian Event Organisers” (CEO) şirkəti, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə təşkil edilən tədbir sərgi ziyarətçiləri, təşkilatçılar və qonaqlar tərəfindən məmnunluqla qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [17:00]
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 25.04.2024 [16:38]
İstiqlal Muzeyində “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib
- 25.04.2024 [16:06]
“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub
- 25.04.2024 [16:03]
Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”
- 25.04.2024 [15:56]
Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır
- 25.04.2024 [14:53]
Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər
- 25.04.2024 [12:51]
“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda
- 25.04.2024 [12:40]