İQTİSADİYYAT
“Rebuild Karabakh” sərgisində sənaye zonalarına dair təqdimat olub
Bakı, 21 oktyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” - “Rebuild Karabakh” sərgisində öz stendi ilə iştirak edir.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, maraqla qarşılanan stenddə sərgi iştirakçılarına ölkədə fəaliyyət göstərən sənaye zonaları və rezidentlərə tətbiq olunan güzəştlər, Qarabağda yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının konseptual planları barədə məlumat verilir. Sərgi çərçivəsində “İşğaldan azad olunmuş ərazilərin iqtisadi, investisiya və turizm potensialı, Qarabağda həyata keçirilməsi təklif olunan layihələr” mövzusuna həsr edilmiş panel iclasda sənaye zonalarına dair təqdimat keçirilib. Sərgidə, həmçinin Sumqayıt Kimya Sənaye Parkının rezidentləri – İnşaat Kimyəviləri Zavodu, “Azertexnolayn” MMC, “STP” MMC-də öz stendləri ilə təmsil olunur. “Rebuild Karabakh” sərgisi oktyabrın 22-də başa çatacaq.