DÜNYA


Rəcəb Tayyib Ərdoğan: Ankara Finlandiya və İsveçin NATO-ya üzvlüyünü dəstəkləməyəcək

Bakı, 19 may, AZƏRTAC

Türkiyə Finlandiya və İsveçin NATO-ya qəbul olunmasını dəstəkləmir.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Rəcəb Tayyib Ərdoğan Ankarada gənclərlə görüşü zamanı deyib.

“Dostlarımıza Finlandiya və İsveçin NATO-ya daxil olmasına “yox” deyəcəyimizi bildirdik. Biz bu mövqeyimizi davam etdirəcəyik. Terror təşkilatlarının NATO-da olmasına icazə verməyəcəyik. Bu ölkələr PKK və YPG-nin yuvasına çevrilib”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Bir müddət öncə Finlandiya və İsveçin NATO-dakı səfirləri Klaus Korhonen və Aksel Vernhoff ölkələrinin Şimali Atlantika Blokuna qoşulması üçün alyansın Baş katibi Yens Stoltenberqə rəsmi ərizə təqdim ediblər. Lakin indiki halda Türkiyə onların alyansa daxil olmasının əleyhinədir. Türkiyə Prezidentinin sözlərinə görə, bu ölkələr terrorçulara himayə edir.

NATO-ya yeni üzvün qəbul olunması çoxmərhələli prosesdir. Buna alyansda siyasi qərarlar verən Şimali Atlantika Şurası nəzarət edir. Üzvlüyə dair müraciətə əvvəlcə şurada baxılır, sonra isə müvafiq müqavilə alyansın bütün 30 üzv ölkəsi tərəfindən ratifikasiya olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.