SİYASƏT


Rəcəb Tayyib Ərdoğan: Azərbaycandan başlayaraq “Texnofest” Festivalını dost və müttəfiq ölkələrdə də keçirəcəyik

İstanbul, 25 sentyabr, AZƏRTAC

Qarşıdan gələn ildən etibarən “Texnofest”i beynəlxalq bir markaya çevirəcəyik. Can Azərbaycandan başlayaraq "Texnofest" Festivalını dost və müttəfiq ölkələrdə də keçirəcəyik.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “Texnofest” Festivalını ziyarət zamanı çıxışında deyib.

“Texnofest” gəncləri, sadəcə, dünyanın ən qabaqcıl texnologiyaları ilə tanış etməkdə deyil, həm də onlarla birgə işləmək, komanda qurmaq və milli duyğuların öyrənilməsi baxımından da böyük rol oynadığını vurğulayan Türkiyə Prezidenti deyib: “Türkiyədə 2018-ci ildə ilk dəfə keçirilən “Texnofest” festivalına cəmi iyirmi min namizəd qatılmaq üçün müraciət etmişdi. Bu il bu rəqəm on dəfə artaraq 200 minə çatıb. Festivalda keçirilən yarışların da sayı artaraq 37-yə yüksəlib”.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.