DÜNYA


Rəcəb Tayyib Ərdoğan Bakir İzetbeqoviçlə Bosniya və Herseqovinadakı seçkiləri müzakirə edib

Sarayevo, 7 oktyabr, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinanın Demokratik Hərəkət Partiyasının sədri Bakir İzzetbeqoviçlə bu ölkədə keçirilən seçkilərin nəticələrini müzakirə edib.

AZƏRTAC xəbər verir ki, B.İzzetbeqoviç telefon danışığı zamanı Türkiyə Prezidentinə Demokratik Hərəkət Partiyasının seçicilərdən ciddi dəstək aldığını, 2018-ci ildəki seçkilərlə müqayisədə bir çox bölgədə səslərini artırdığını qeyd edib.

Rəcəb Tayyib Ərdoğan Demokratik Hərəkət Partiyasının seçkilərdəki uğuru münasibətilə B.İzetbeqoviçi təbrik edib, Bosniya və Herseqovina dövlətinin və xalqının mənafeyi uğrunda çalışmağı dəstəklədiyini bildirib.

Xatırladaq ki, oktyabrın 2-də Bosniya və Herseqovinada Rəyasət Heyətinin üzvlərinin, iki inzibati vahid üzrə rəhbərlərin, kanton üzvləri və deputatların müəyyən olunduğu ümumi seçkilər keçirilib.

 
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.