DÜNYA


Rəcəb Tayyib Ərdoğan: Başlıca vəzifəmiz yanan hər bölgədə əvvəlkindən daha da çox ağac əkməkdir

İstanbul, 31 iyul, AZƏRTAC

Konstitusiyaya əsasən, yanan ərazilər başqa məqsədlərlə istifadə edilə bilməz, orada təkrar ağaclar əkilməlidir. Türkiyənin meşə sahələrini artıran bir hakimiyyət olaraq başlıca vəzifəmiz yanan hər bölgədə daha da çox ağac əkməkdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınlarının davam etdiyi Antalyanın Manavqat rayonuna səfəri zamanı bildirib.

Fəlakət bölgəsini ziyarət edən Prezident Ərdoğan daha sonra jurnalistlərə açıqlama verib.

Yanğının təsir etdiyi bölgələrdə zəruri ehtiyacların ödənməsi üçün 50 milyon türk lirəsi məbləğində vəsaitin ayrıldığını deyən Türkiyə Prezidenti evləri yanan və zərər görən ailələrə kirayə üçün yardım göstəriləcəyini, kənd təsərrüfatına, heyvandarlığa və istixanalara dəyən zərərin ödəniləcəyini vurğulayıb. Türkiyə Prezidenti bildirib: “Fəlakət bölgəsində yerləşən evlər yerli arxitekturaya uyğun olaraq bir il ərzində bərpa ediləcək. İlkin araşdırmalara görə, burada 16 məhəllə yanğından zərər görüb, bəzi məhəllələr boşaldılıb. Vətəndaşlarımızın bütün ehtiyacları qarşılanacaq. Elektrik problemi yaranan 35 kənddən 12-nə elektrik enerjisinin verilməsi təmin edilib. Su qıtlığı ilə üzləşən 25 məhəllədən 10-nun problemi həll olunub”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.