SİYASƏT


Rəcəb Tayyib Ərdoğan: Biz qardaşlığın, dostluğun, yoldaşlığın, əməkdaşlığın qədir-qiymətini bilən ölkəyik VİDEO

Ankara, 1 oktyabr, AZƏRTAC

Azərbaycan torpaqları və Qarabağ yenidən azadlığına qovuşdu. Biz də Bakıda və Şuşada azərbaycanlı qardaşlarımızın sevincinə şərik olduq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin 2021-ci il yeni fəaliyyət dövrünə aid açılış iclasındakı nitqində ifadə edib.

Mövzu ilə bağlı fikirlərini davam etdirən Türkiyə dövlətinin başçısı deyib: “İşğal altındakı torpaqlarını xilas etmək üçün mübarizə aparan bir ölkəyə dəstək göstərən Türkiyəyə qarşı kin bəsləyən tərəfləri əsla unutmayacağıq. Biz qardaşlığın, dostluğun, yoldaşlığın, əməkdaşlığın qədir-qiymətini bilən ölkəyik”.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin oktyabrın 1-də yeni dövr fəaliyyətinə dair açılış iclası keçirilib. İclasın açılışında TBMM-in sədri Mustafa Şentop çıxış edib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.